Türkiyədəki partlayışda yaralanan 114 nəfər evə buraxılıb, bir nəfərin vəziyyəti ağırdır

Türkiyədəki partlayışda yaralanan 114  nəfər evə buraxılıb, bir nəfərin vəziyyəti ağırdır

Sakaryada baş verən partlayışda yaralanan 114 nəfər xəstəxanadan evə buraxılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Sakarya valisi Çetin Oqtay Kaldırım bu barədə bildirib.

Vali deyib ki, qəza ilə əlaqədar hazırda 6 yaralı var ki, onlardan birinin vəziyyəti ağırdır.

Qeyd edək ki, 3 iyulda Sakaryanın Hendek rayonunda pirotexnika istehsal edən fabrikdə naməlum səbəbdən partlayış baş verib.

Hadisə nəticəsində 4 nəfər ölüb, 3 nəfər itkin düşüb.

Faktla bağlı 3 nəfər həbs olunub.

Mənbə: apa.az