Kiyevin mərkəzində kütləvi dava və atışma – Video

Kiyevin mərkəzində kütləvi dava və atışma – Video

Kiyevin mərkəzində atışma ilə müşayiət olunan kütləvi dava baş verib.

Axar.az xəbər verir ki, ötən gün yaşanan hadisədə 3 nəfər xəsarət alıb.

İnsidentlə bağlı 10 nəfər saxlanılıb.

İki qrup arasında davada silahdan da istifadə edilib və bir nəfər ayağından yaralanıb. Daha iki nəfər isə bıçaqlanıb.

Hadisə yerindən idman tapançası götürülüb.

Olayla bağlı cinayət işi açılıb.

Mənbə: axar.az