Rusiyada ticarət mərkəzi yandı: 3 nəfər öldü

Rusiyada ticarət mərkəzi yandı: 3 nəfər öldü

Rusiyanın Kirov əyalətinin Zuyevka şəhərində ticarət mərkəzində yanğın baş verib.

Axar.az xəbər verir ki, regionun Fövqəladə Hallar Xidməti yanğın zamanı birmərtəbli binanın çökdüyünü və onun altında 4 nəfərin qaldığını bildirib. Onlardan biri xilas edilib, 3 nəfər isə yanaraq ölüb.

Olayla bağlı cinayət işi açılıb.

Mənbə: axar.az