Sumqayıtda məşhur market bağlandı - bu səbəbdən

Sumqayıtda məşhur market bağlandı - bu səbəbdən

Sosial şəbəkələrdə Sumqayıtda fəaliyyət göstərən "Səda Store" marketin koronavirus səbəbindən fəaliyyətini dayandırması ilə bağlı məlumatlar yayılıb.

Xeberle.com-un məlumatına görə, marketin müştəriləri olan bir cütlüyün hərarətinin yüksək olduğu və həmin şəxslərin koronavirusa yoluxduğu şübhəsi yaranıb. Bu səbəbdən market günorta saatlarından bağlanıb. Marketin işçilərinin isə karantinə alındığı bildirilir.

"Səda Store" marketdən isə Xeberle.com-a yayılan məlumatları inkar ediblər. Saytımıza verilən açıqlamada məsələyə belə aydınlıq gətirilib: "Bizim marketimizdə virus aşkarlanmayıb. Dezinfeksiya tədbirlərinə görə müvəqqəti fəaliyyətimizi dayandırmışıq".

Xədicə Səxavətqızı

Xeberle.com

Mənbə: xeberle.com