Deputatın istirahət məkanında karantin qaydası pozuldu - VİDEO

Deputatın istirahət məkanında karantin qaydası pozuldu - VİDEO

Lerik rayonunda karantin qaydalarının kobud şəkildə pozulması ilə bağlı videogörüntülər yayılıb.

Axar.az xəbər verir ki, yayılan videoda rayon ərazisində yerləşən “Relaks” istirahət mərkəzində insanların ara məsafəsi saxlamadan, tibbi maskadan istifadə etmədən hovuz kənarında istirahət etdiyi görünür.

Həmçinin daha əvvəldən qadağan edilən qəlyandan da istifadə müşahidə edilir.

Qeyd edək ki, sözügedən istirahət mərkəzi Milli Məclisin deputatı İqbal Məmmədova məxsusdur.

Həmin görüntüləri təqdim edirik:

Mənbə: axar.az