Sumqayıtda 69 nəfər inzibati məsuliyyətə cəlb olundu

Sumqayıtda 69 nəfər inzibati məsuliyyətə cəlb olundu

Sumqayıtda sərt karantin rejimini pozan şəxslərlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.

Sumqayıt şəhər Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis polkovnik -leytenantı Nizami Paşayev Xeberle.com-a bildirib ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 04.07.2020-ci il saat 00:00-dan 05.07.2020-ci il 00:00-dək olan müddət ərzində 69 nəfər şəhər sakini karantin rejimini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə olunub. Onlar barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Cərimə olunanlardan 61 nəfəri ictimai yerlərdə maska taxmadığına, 8 nəfəri icazəsiz çölə çıxdıqları üçün inzibati məsuliyyətə cəlb olunub.

Mənbə: xeberle.com