Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Bakı. Trend:

Yaponiyanın cənub-qərbində daşqınlar nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, hələki 24 nəfərin ölümü təsdiqlənib, daha 16 nəfərin ölümünün təsdiqlənəcəyi gözlənilir.

Bildirilir ki, 12 nəfər itkin düşüb, onların axtarışları davam etdirilir.

Mənbə: az.trend.az