İsmayıllıda həyətində yığıncaq təşkil edən şəxs inzibati məsuliyyətə cəlb edilib

İsmayıllıda həyətində yığıncaq təşkil edən şəxs inzibati məsuliyyətə cəlb edilib

İsmayıllı, 6 iyul, AZƏRTAC

İsmayıllıda koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq edilən karantin rejimi tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən kecirilən tədbir zamanı həyətində yığıncaq təşkil edən Hacıhətəmli kənd sakini Ədalət Kərimov inzibati məsuliyyətə cəlb olunub. Məclisdə olan 11 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimələniblər.

Mənbə: azertag.az