Görür: Bu şəhərlərdə güclü zəlzələlər olacaq

Görür: Bu şəhərlərdə güclü zəlzələlər olacaq

Türkiyənin İstanbul şəhərində 7 baldan yuxarı zəlzələnin olacağını proqnozlaşdıran zəlzələ üzrə mütəxəssis Naci Görür təhlükəli durumda olan digər şəhərlərin də adını açıqlayıb.

Axar.az xəbər verir ki, ekspert İstanbulla yanaşı, Qarlıova-Ərzincan, Malatya-Maraş-Adıyaman, Bursa və Antakya ətrafının təhülkəli bölgələr olduğunu deyib.

N.Görür Vanın İran sərhədinə yaxın ərazilərində zəlzələ təhülkəsinin artıdığını da bildirib.

Qeyd edək ki, N.Görür bu il yanvarın 24-də Elazığda baş verən zəlzələnin proqnozunu 2019-cu ilin oktyabrında vermişdi.

Mənbə: axar.az