Tərtərdə Gəncə sakinindən narkotik götürülüb

Tərtərdə Gəncə sakinindən narkotik götürülüb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildirilib ki, daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən Gəncə şəhər sakini sakini Hüseyn Nağıyev saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı onun üzərindən və əlindəki politelin torbalardan çəkisi 1 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirlir.

Mənbə: azvision.az