Rusiyada helikopter qəzası - Ölən və yaralanan var

Rusiyada helikopter qəzası  - Ölən və yaralanan var

Rusiyanın Rostov vilayətində Mi-2 helikopterinin sərt eniş etməsi nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

"Qafqazinfo" xəbər verir ki bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Rostov üzrə regional qərargahının nümayəndəsi açıqlama verib.

Hadisə Kirsalovo kəndində baş verib. Helikopterin düyü sahələrinin bərpa işləri ilə məşğul olduğu bildirilib. İlkin məlumata görə, qəzaya səbəb mühərrikdəki nasazlıq olub. Helikopter sahənin yaxınlığında yerləşən su hövzəsinə düşüb. Hadisə nəticəsində bir nəfər həlak olub, xəsarət alan digər şəxs isə xəstəxanaya yerləşdirilib.

 

Mənbə: qafqazinfo.az