Əfqanıstanın boz kardinalı koronadan öldü

Əfqanıstanın boz kardinalı koronadan öldü

Əfqanıstan Prezidentinin əsas müşavirlərindən biri olan biznesmen Məhəmməd Yusif Qəzənfər koronavirusun yaratdığı pnevmaniyadan ölüb.

Axar.az xəbər verir ki, Məhəmməd Yusif Qəzənfər Türkiyədəki xəstəxanalardan birində dünyasını dəyişib.

Qeyd edək ki, Qəzənfər koronavirusa iyunda yoluxub. O, əvvəlcə Əfqanıstanda müalicə edilsə də, sonradan səhhəti pisləşdiyi üçün Türkiyəyə aparılıb.

Məhəmməd Yusif Qəzənfər etnik özbəkdir. O, Əfqanıstanın “boz kardinal”ı sayılırdı.

Mənbə: axar.az