Moskvada zavodda yanğın olub

Moskvada zavodda yanğın olub

Moskva vilayətində “Enerqiya” elekrotexnika zavodunun kompressor stansiyasında yanğın olub.

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə yerli təcili xidmət məlumat yayıb.

Bildirilib ki, hadisə Moskva vilayətinin Ramensk şəhərində stansiyanın mühərrikində baş verib.

Yanğının söndürülməsinə çoxlu sayda yanğınsöndürən cəlb olunub. Hadisənin səbəbi araşdırılır.

Mənbə: www.interaztv.com