Bakıda məzarların hasarları oğurlandı

Bakıda qəbiristanlıqdan oğurluq edilib.

DİN mətbuat xidmətindən Lent.az -a daxil olan xəbərə görə, iyulun 2-də Biləcəri qəsəbəsindəki qəbristanlıqdan məzarların ətrafına çəkilmiş dəmir barmaqlıqları oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Məhərrəmov və Abşeron rayon sakini F.Bayramov saxlanılıblar.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Fərid Qayıbov: Bakıda dünya çempionatlarının yeni vaxtları müəyyənəşdirilib

SONRAKI XƏBƏR

Bu il əməkhaqqı fondu 8 faiz artıb - Nazir