Quba sakini həmyerlisinə təcavüz etdi

Quba rayonunda zorlama hadisəsi baş verib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Quba rayon sakini Laçın Dadaşov rayon ərazisində həmyerlisi Məlahət Səmədovaya (ad və soyad şərti verilib – red.) təcavüz edib.


Belə ki, o, Məlahət Səmədovanın köməksiz vəziyyətindən istifadə edib və zorakılıq göstərməklə onunla cinsi əlaqədə olub.


Daha sonra Laçın Dadaşov təcavüzə məruz qoyduğu qadına hədə-qorxu gəlib, onunla bir neçə dəfə də cinsi əlaqədə olub.


Zərərçəkmiş hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında Laçın Dadaşov həbs edilib.


İstintaq orqanı tərəfindən Laçın Dadaşovun barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.


İstintaq davam edir.


Fariz Məlikli
Demokrat.az

Demokrat.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə narkotik satan mafiya şəbəkəsi çökdürüldü

SONRAKI XƏBƏR

“Azərbaycanın xarici siyasətinin müəyyən dərəcədə dəyişəcəyi istisna edilmir”- Lukyanov