Azərbaycanda türk iş adamına qarşı gecəyarısı dəhşətli cinayət — ŞOK TƏFƏRRÜAT

Azərbaycanda türk iş adamına qarşı gecəyarısı dəhşətli cinayət     — ŞOK TƏFƏRRÜAT

Sumqayıt şəhərində quldurluq hadisəsi törətməkdə təqsirli bilinən1992-ci il təvəllüdlü Elbrus Məmmədov və 1981-ci il təvəllüdlü Rəşad Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elbrus Məmmədov tanışı Rəşad Sadıqov ilə əlbir olaraq 19 mart 2017-ci il tarixdə, gecə saat 03 radələrində Sumqayıt şəhəri “Avtovağzal” ərazisində iki yeməkxananın arasından keçən Vüqar Nəhmətovun əmlakını ələ keçirtmək qərarına gəlib.


Bu məqsədlə Vüqar Nəhmətovun dayanması üçün sonuncudan siqaret yandırmaq üçün alışqan istəyiblıər. Vüqar Nəhmətov alışqanı vermək istədikdə, onlar hədə-qorxu gəlməklə ondan pul tələb ediblər.


Vüqar Nəhmətov pulun olmadığını bildirib, onlar mobil telefonlarını istəyiblər. Hərəkətlərindən qorxan Vüqar Nəhmətov 50 manat dəyərində “Nokia” markalı “Lumia 520” modelli və bir ədəd 10 manat dəyərində “Nokia” markalı “1203-2” modelli telefonlarını onlara verib.


Bundan sonra Elburus Məmmədov onun üzərində axtarış apararaq şalvarın sol yan cibinə qoyduğu 20 manat pulu da götürüb.


Bundan başqa, Elbrus Məmmədov tanışı Rəşad Sadıqov ilə martın 19-da, gecə saat 03.30-da Sumqayıt şəhəri 3-cü mükrorayon ərazisində yerləşən “Mübariz” şadlıq evinin yaxınlığında Türkiyə Respublikasının vətəndaşı Gülahi Selahattin Mehmete yaxınlaşıb. Onlar sonuncuya birlikdə içməyi təklif edib. Selahattin Gülaşı onların təklifindən imtina edib.


Bu zaman Rəşad Sadıqov əlini Selahattin Gülaşın cibinə salıb və pulunu götürmək istəyib. Amma Selahattin Gülaşi buna mane olmağa çalışııb.


Türkiyə vətəndaşının müqavimətini qırmaq üçün Elburus Məmmədov sağ ayağından təpiklə vuraraq yerə yıxıb və ayağa qalxa bilməməsi üçün bədənin müxtəlif hissələrinə təpiklə zərbələr vuraraq, ona xəsarətlər yetirib. Sonra Selahettin Gülaşinin sol cibindən 1800 manat pulunu ələ keçiriblər.


İstintaq orqanı tərəfindən 180.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq törətmək), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) və 181.2.2-ci (təkrar quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elbrus Məmmədov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, martın 18-də, saat 23.45-də avtovağzal istiqamətinə gedərkən Vüqar adlı şəxs ilə rastlaşıb: “Vüqar ayıq sürücü olduğunu və Bakıya getmək üçün avtovağzala yol göstərməsini məndən xahiş etdi. Vüqarla piyada vağzal tərəfə gəldik.


Həmin vaxt mən tək olmuşam, Rəşad yanımda olmayıb. Yolda Vüqardan pul istədim. Sonuncu da çıxararaq mənə 20 manat verdi. Həmin puldan Vüqara 2 manat yol pulu qaytardım. Sonra Vüqardan danışmaq üçün telefonu istədim. Vüqarı aldadaraq telefonu götürdüm və oradan uzaqlaşdım. Vüqardan ayrılaraq siqaret almaq üçün Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisinə getdim”.


Təqsirləndirilən şəxsin sözlərinə görə, bu vaxt marketin qarşısında bir nəfər şəxs ona yaxınlaşıb və siqaret istəyib:


“Həmin şəxs sərxoş idi, məni qucaqlayaraq məhəlləyə girəndə Rəşad mağazadan çıxdı. Məndən soruşdu ki, bu adam kimdir. Mən də dedim ki, türkdü. Rəşad türkdən pul istədi. Türk də Rəşada 80 manat verdi. Türkün qoluna girəndə elə bildi ki, onun cibinə girirəm və türk məni itələdi. Bu vaxt Rəşadda türkü çəkəndə, türk əlində olan viski butulkasını Rəşadın başına vurdu. Mən türkü itələdim və türk üzü qoyulu yerə yıxıldı. Həmin vaxt yerə düşən türkün pul kisəsini götürərək getdim. Pul kisəsinin içərisində 140 maat var idi”.


Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Gülaşi Selahattin ifadəsində göstərib ki, hadisədən təxminən 11 ay əvvəl Azərbaycana gəlib:


“Sumqayıt şəhəri Gübrə zavodunda qaynaqçı briqadir işləmişəm, aylıq maaşı 2500 manatdır. Martın 17-də maaş kartımdan 2027 manat bankomatdan çıxardım və həmin pul üzərində olub”.


Zərərçəkmişin ifadəsinə görə, martın 18-də, saat 22 radələrində Bakı-Quba yolunun kənarında yerləşən “Pəhləvanlar” kafesinə gedib və orada viski içib:


“Saat təxminən 03 radələrində kafedən çıxdım və taksi ilə Sumqayıt şəhərinə gəldim. Saat 03.30-da Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində “Turan” restoranının yanında taksidən düşdüm, yaşadığım evə gedərkən qaranlıqda iki nəfər şəxs arxadan mənə yaxınlaşdı. Dedilər ki, dayı hara gedirsən. Mən də evə getdiyimi onlara bildirdim.


Həmin şəxslər mənə gedək biraz içək, sonra gedərsən dedilər. Mən də getmək istəmədiyimi onlara dedim. Onlardan biri cibimə əlini salaraq pulumu götürmək istədi. Mən buna imkan vermədim. Həmin şəxslərdən biri yenə də mənim cibimdən pulumu götürmək istəyəndə, əlimdə olan viski şüşəsi ilə həmin şəxsin çiyin nahiyəsindən vurdum. Bu vaxt ikinci şəxs mənim sağ ayağımdan təpiklə vuraraq, məni yerə yıxdı və yerdə təpiklə məni döydü. Mən pulum olan şalvarının sol cibini əlim ilə tutmuşdum ki, pulumu aparmasınlar. Onlar zorla mənim sol cibimdən 1800 manat pulumu, şalvarımın arxa cibində olan pul kisəsimi və pul kisəsinin içərisində olan bank kartlarımı götürərək qaçdılar.


Ayağa qalxaraq yola tərəf çıxdim və oradan mənimlə bir evdə qalan Aydına zəng vurdum. Ona məni döyüb, pulumu apardıqlarını bildirdim. Aydın gələnə kimi bir nəfər tanımadığım cavan oğlan mənə yaxınlaşdı. Onun mobil telefonu ilə həkimə zəng vurdum. Aydın yanıma gələndən sonra həkimlər gələrək, məni xəstəxanaya apardılar”.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elbrus Məmmədov 8 il 6 ay, Rəşad Sadıqov isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. Onlar barələrində olan cəzaların yüngülləşdirilməsini xahiş ediblər.


Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə hər iki təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.


Fariz Məlikli
Demokrat.az

Mənbə: demokrat.az