10 qadını qətlə yetirən manyak təcridxanada ölü tapıldı - VİDEO

10 qadını qətlə yetirən manyak təcridxanada ölü tapıldı - VİDEO

10 qadını öldürən rusiyalı manyak santexnik Moskvada istintaq təcridxanasında intihar edib.

Bu barədə “LifeShot” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, Aleksandr Yejovun cəsədi kamerada asılmış vəziyyətdə aşkar edilib.

Hazırda bununla bağlı istintaq aparılır, təcridxana əməkdaşlarının intihara necə yol verdikləri araşdırılır.

Qeyd edək ki, manyak aralarında 10 yaşlı qız da olmaqla, ümumilikdə, 10 qadına təcavüzdə və onların qətlində ittiham olunub. Yejov törətdiyi cinayətlərdən doqquzunu etiraf etmişdi.

Mənbə: www.oxu.az