Gürcüstanın azərbaycanlılar yaşayan qəsəbəsində dava düşdü

Gürcüstanın azərbaycanlılar yaşayan qəsəbəsində dava düşdü

Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Nəzərli kəndində kütləvi dava olub.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə “Mtavari arxi” telekanalı məlumat yayıb.

İyulun 4-də gecə saatlarında baş verən qarşıdurmada Nəzərli və Vaxtanqisi kəndlərindən olan onlarla gənc iştirak edib. İnsidentə səbəb iyulun 1-də kafedə ziyafət zamanı baş verən mübahisə olub. Fiziki qarşıdurmaya çevrilən hadisədə Vaxtanqisidən olan bir neçə gənc xəsarət alıb.

Sonuncu dava qisas məqsədilə baş verib. Hadisə zamanı bir avtomobil aşırılıb. Nəzərli kəndindəki kafenin sahibinin baş nahiyəsinə armaturla xəsarət yetirilib. Həmin şəxs hazırda xəstəxanada koma vəziyyətindədir. Davada iştirak edən bir neçə gəncin də müxtəlif bədən xəsarətləri aldığı bildirilir.

Faktla bağlı qrup halında törədilən xuliqanlıq maddəsi üzrə istintaq aparılır. Hadisə ilə bağlı hələ saxlanılan yoxdur.

Mənbə: axar.az