Türkiyə Livanda xaos yaratmaq istəyir - İddia

Türkiyə Livanda xaos yaratmaq istəyir - İddia

Eastnews.org-un verdiyi xəbərə görə. Livanın Daxili İşlər naziri Məhəmməd Fəhmi Türkiyənin ölkəsindəki gərginlikdə rol oynadığını iddia edib.

Nazir iddia edib ki, Türkiyə Livanda xaos yaratmaq üçün bəzi adamları maliyyələşdirməyə çalışıb.

"Türkiyəyə məxsus təyyarəni ələ keçirdik. Təyyarədə 4 nəfər var idi. Onların üzərində bir neçə milyon dollar da tapmışıq. Onlar bəzi nümayişçiləri maliyyələşdirməyə gəlmişdilər", - deyə Məhəmməd Fəhmi diqqətə çatdırıb.

O qeyd edib ki, sözügedən şəxslər barəsində istintaq başladılıb və araşdırmalar davam edir.

Mənbə: welayet.com

Mənbə: eastnews.org