İranda sutka ərzində 160 nəfər koronavirusdan vəfat edib

İranda sutka ərzində 160 nəfər koronavirusdan vəfat edib

Tehran, 6 iyul, AZƏRTAC

İranda koronavirus epidemiyası tüğyan edərək can almaqda davam edir. Son 24 saat ərzində İranda 2613 nəfərin virusa yoluxması aşkar edilib, 160 nəfər həyatını itirib.

AZƏRTAC İranın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bununla da ümumilikdə yoluxanların sayı 243 min 51 nəfər, ölənlərin sayı isə 11 min 731-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alaraq sağalan 204 min 83 nəfər evə buraxılıb. Müalicəsi davam edən 3201 xəstənin vəziyyəti ağır olaraq qalır.

Nazirliyin açıqlamasında qeyd olunur ki, Xuzistan, Kürdüstan, Hörmüzgan, Şərqi və Qərbi Azərbaycan, Elam, Xorasan, Kirmanşah və Buşəhr vilayətlərində vəziyyət daha ağırdır.

İranın koronavirusa qarşı mübarizə mərkəzinin nümayəndəsi doktor Məsud Mərdani bildirib ki, 18 milyon insan virusa yoluxub ki, bu da əhalinin 20 faizi deməkdir.

İranın Sənaye Nazirliyi isə tibbi maska ixracını qadağan edib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Mənbə: azertag.az