Çində gəmiricilərdən keçən yeni xəstəlik yayıldı- 24 saat ərzində öldürür

Çində gəmiricilərdən keçən yeni xəstəlik yayıldı- 24 saat ərzində öldürür

Çində koronavirusun göründüyü yerdə indi də "Bubonik vəba" çaxnaşması yaşanır.

Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, dünya koronavirus epidemiyası ilə mübarizəni davam etdirdiyi vaxtda Çindən başqa bir xəbər gəlib. Çinin muxtar vilayətlərinin birində "bubonik vəba" çaxnaşması yaşanır. Səlahiyyətlilə, aşkar edilən xəstəliyin riskli olduğunu açıqlayıb və üçüncü səviyyəli həyəcan vəziyyətinə keçiblər. Xəstəliyin 24 saat içində insanı ölürdüyü qeyd edilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə bubonik vəba insanlara vəhşi gəmiricilər vasitəsi ilə ötürülür. Ağrılı şişlik və iltihab bakteriyaların bədənə daxil olduğu limfa düyünlərində görünür. Sonrakı dövrlərdə iltihablı limfa düyünləri açılır və axmağa başlayır. Müalicə dərhal başlamazsa, bakteriya bütün bədənə yayılaraq ağciyər və septik formaya çevrilə bilər.

Şəlalə Babayeva
Sonxeber.az

Mənbə: sonxeber.az