Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat nəticəsində 59 nəfər həbs edilib

Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat nəticəsində 59 nəfər həbs edilib

İstanbul, 6 iyul, AZƏRTAC

Türkiyənin İzmir şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən genişmiqyaslı əməliyyat nəticəsində 59 nəfər həbs edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu sosial media hesabında məlumat verib.

Məlumatda qeyd olunub ki, əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan “Alabaylar” qruplaşmasının üzvləri ələ keçirilib. Qruplaşmanın üzvləri bir illik araşdırmaların nəticəsində keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

AZERTAG.AZ :Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat nəticəsində 59 nəfər həbs edilib

Mənbə: azertag.az