Ukrayna futbolçusu Rusiyada casusluq iddiasıyla tutuldu

Ukrayna futbolçusu Rusiyada casusluq iddiasıyla tutuldu

Ukraynanın sabiq futbolçusu Vasili Vasilyenko Moskvada casusluq ittihamı ilə həbs edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS öz mənbəsində istinadən məlumat verib. Məlumata görə, onun Ukraynanın lehinə casusluqda iştirakını Rusiya FSB-si müəyyən edib.

"FSB əməkdaşları Rusiya hüquq-mühafizə orqanlarının iştirakı ilə Ukrayna vətəndaşı Vasilyenko Vasili İvanoviçin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi ("Casusluq") ilə əlaqəli cinayətin törədilməsində iştirak etdiyini müəyyən edib", - deyə məlumatda bildirilir.

Vasilenkoya ittiham elan edilib. Keçmiş futbolçu həbsxanaya yerləşdirilib.

Xatırladaq ki, 1992-2001-ci illərdə Vasilyenko "Tavria”, "Torpedo” və "Drujba” kimi Ukrayna futbol klublarında oynayıb.

Alpr

Mənbə: qaynarinfo.az