Bakıda "Şaqman" piyadanı vurdu

Bakıda "Şaqman" piyadanı vurdu

Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, Nərimanov rayonunun Z.Bünyadov prospektində yolu keçən 30-40 yaşlı kişini Quba rayon sakini Z.Abbasov idarə etdiyi “Şaqman” markalı avtomobillə vurub. Piyada hadisə yerində ölüb.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mənbə: axar.az