Yaponiyada daşqın qurbanlarının sayı artır

Yaponiyada daşqın qurbanlarının sayı artır

Bakı. Trend:

Yaponiyanın Küsü adasında davam edən daşqınlar nəticəsində həlak olanların sayı 50 nəfərə çatıb.

Trend-in məlumatına görə, aramsız yağan leysan yağış çayların daşmasına və torpaq sürüşmələrinə səbəb olub.

Azı 11 nəfər itkin düşmüş hesab olunur. Daşqın bölgəsində 1,2 milyondan çox şəxsin təxliyəsinə qərar verilib.

Ölkənin Baş naziri Sindzo Abe bölgəyə 10 mindən çox hərbçi göndərib.

Mənbə: az.trend.az