Hindistan koronavirusa yoluxma hallarına görə dünyada üçüncü yerə çıxıb

Hindistan koronavirusa yoluxma hallarına görə dünyada üçüncü yerə çıxıb

Bazar ertəsi 23 mindən çox yeni koronavirusa yoluxma halı barədə xəbər verən Hindistan Rusiyanı arxada qoyaraq dünyada pandemiya siyahısında üçüncü yerə keçib.

Hazırda ümumi təsdiqlənmiş hallar baxımından Hindistan yalnız ABŞ və Braziliyadan sonra gəlir.

Beynəlxalq səyahətlər üçün qapalı olan ölkənin iqtisadiyyatını inkişaf etdirməyə çalışan hökumət yerli turizmə qoyulan məhdudiyyətləri qaldırmağa başlayıb.

Hindistanın ən sıx yaşadığı Uttar Pradeş ştatının rəsmiləri COVID-19-un davamlı yayıldığı bir vaxt, Tac Mahal da daxil edilməklə, Aqra bölgəsindəki müəssisələr, abidələr və attraksionlara ziyarətlərə qadağa qoyub.

"İctimaiyyətin marağına əsaslanaraq hazırda Aqrada abidələrin açılmasına qərar verilib" - deyə, açıqlamada bildirilib.

Tac Mahal və Aqradakı digər turizm yerləri mart ayından bəri bağlıdır.

Bir çox ölkənin hökumətləri koronavirusla mübarizə yollarını apararkən, 32 ölkənin 239 alimindən ibarət bir qrup Ümumdünya Səhiyyə Təşkilatını virusun hava yolu ilə yayılması ilə bağlı məlumatı yeniləməyə çağırıb.

Mənbə: www.amerikaninsesi.org