İran dairələri hadisənin səbəblərini açıqladı - “Natanzda baş verən partlayışa yanğın səbəb olub”

İran dairələri hadisənin səbəblərini açıqladı - “Natanzda baş verən partlayışa yanğın səbəb olub”

İranın Natanz yeraltı nüvə obyektində baş vermiş partlayış infrastuktura ciddi ziyan vurub.

Adının açıqlanmasını istəməyən yüksək rütbəli şəxs Röytürs agentliyinə açıqlamasında bildirib ki, partlayışa yanğın səbəb olub. Lakin yanğının hansı səbəbdən baş vediyi açıqlanmır. Bildirilir ki, hadisə zamanı ərazidə heç kim olmayıb. Xoşbəxtlikdən obyektdə nüvə materialları da olmayıb. Qeyd edək ki, Natanz nüvə obyekti İranın ən müasir sentrifuqlarının hazırlandığı anbardır. Burada baş verən partlayış İsla Respublikasının nüvə fəaliyyətinə ciddi təsir göstərə bilər. İranın Atom Enerjisi üzrə agentliyinin rəsmisi Bəheuz Kamalvandi isə qeyd edib ki, hökumət partlayış zamanı sıradan çıxmış avadanlıqları daha müasir texnika ilə əvəz edəcək

atv.az

Mənbə: www.atv.az