Göyçayda yanğın baş verdi - Alov tövlədən yaxınlıqdakı evə keçib

Göyçayda yanğın baş verdi - Alov tövlədən yaxınlıqdakı evə keçib

Hadisə Çayarxı kəndində qeydə alınıb. Kənd sakini, Elman Salmanova məxsus evin həyətindəki ümumi sahəsi 40 kvadratmetr olan tövlədə baş verən yanğını söndürmək üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili, Ucar rayonundan isə bir yanğınsöndürən avtomobil cəlb edilib. Alov qısa vaxtda tövlədən yaxınlıqdakı evə keçib. Nəticədə ümumi sahəsi 260 kvadratmetr olan 4 otaqlı evin 100 kvadratmetrlik çardaq hissəsi, tövlə və 2 ton ot bağlaması yanıb. Yanğınsöndürənlər alovun genişlənməsinin qarşısını alıb. Evdə baş verən yanğın tam söndürülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mənbə: www.atv.az