Aslan qəfəsə girən qadını parçalayaraq öldürdü - QORXUNC...

Aslan qəfəsə girən qadını parçalayaraq öldürdü - QORXUNC...

İsveçrədə bir zooparkda saxlanılan aslan 55 yaşlı qadını ziyarətçilərin gözü qarşısında parçalayaraq öldürüb.

Moderator.az xəbər verir ki, İsveçrənin Zürih şəhərində zooparı ziyarət edənlər qorxunc mənzərəyə şahid olub. Zooparda çalışan qadın qəfəsə girdiyi anda aslanın hücumuna məruz qalıb.

Ziyarətçilərin qışqıraraq kömək çağırmasından sonra digər çalışanlar qəfəsə girərək aslanı sakitləşdirsələr də, qadını həyata qaytarmaq mümkün olmayıb.

Zooparkın müdiri aslanın 5 il əvvəl zooparkda doğulduğunu və davranışlarında hər hansı bir problem olmadığını söyləyib.

 

Mənbə: moderator.az