ABŞ-da beyin yeyən "amoeba” həyəcanı

ABŞ-ın Florida ştatında nadir xəstəlik beyin yeyən “amoeba” infeksiyası qeydə alınıb.

Unikal.org BBC-yə istinadən xəbər verir ki, Florida Səhiyyə Agentliyinin (DOH) açıqlamasında, Hillsborough bölgəsinin sakinində beyin yeyən “amoeba” olaraq da bilinən “Naegleria fowler”ə yoluxduğunu bildirilib.

Məlumatda, xəstənin “amoeba”nın harada yoluxduğu və sağlamlığı haqqında məlumat verilməyib.

Qeyd edək ki, “amoeba” xəstəliyindən əziyyət çəkən insanlarda yüksək atəş, ürək bulanması və qusma, sərt boyun və baş ağrısı kimi simptomlar var. Xəstələrin əksəriyyəti bir həftə ərzində ölürlər.

Bildirək ki, beyində infeksiyaya səbəb ola bilən, ölümcül ola biləcək mikro miqyaslı və tək hüceyrəli infeksiya insan bədəninə burun vasitəsilə daxil olur. “Amoeba” infeksiyası ABŞ-ın cənub ştatlarında tez-tez görülür, 1962-ci ildən bu yana Florida ştatında cəmi 37 hadisə görülür.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Siyasi münasibətlər sistemində YENİ MƏRHƏLƏ: “Xalq və dövlət naminə birgə işləmək olar”

SONRAKI XƏBƏR

“Bu sualın bircə cavabı var” – Elməddin Dadaşov (MÜSAHİBƏ)