Bakını dəhşətli qoxu bürüdü: Ekologiya Nazirliyindən ilk açıqlama

Bakını dəhşətli qoxu bürüdü: Ekologiya Nazirliyindən ilk açıqlama

Bakıda havada yayılan qoxu ilə bağlı məsələ araşdırılır.

Bunu Qaynarinfo-ya açıqlamasında Ekologiya və Təbii SərvətlərNazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, bu məsələ Nazirliyin diqqətindədir:

"Məsələ ilə bağlı bir azdan ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, axşam saatlarında Bakıda açıq havada dəhşətliqoxu yayılıb. Bu qoxu Bakı sakinlərini təşvişə salıb.

Bu haqda sosial şəbəkələrdə də geniş müzakirələr gedir.

Qeyd edək ki, qoxu daha çox 3, 7, 8, 9-cu mikrorayonda, Dərnəgülətrafında, Gənclik və nərimanov rayonlarında hiss olunur.

Qaynarinfo olaraq bu dəhşətli qoxunun dünənki yanığının nəticəsiolduğunu düşünürük.

Xatırladaq ki, Ekologiya Nazirliyi bu gün verdiyi açıqlamadayanğının Bakının havasına ciddi şəkildə ziyan verdiyini bildirmişdir.

Mənbə: qaynarinfo.az