Reyn çayına düşən azərbaycanlı xilas edilib

Almaniyada ehtiyatsızlıqdan Reyn çayına düşən Azərbaycan vətəndaşı xilas olunub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə ötən gün Şimali Reyn Vestfaliya əyalətinin Bonn şəhərində qeydə alınıb.

Belə ki, 23 yaşlı Azərbayan vətəndaşı Nicat Əhmədov çayın sahilində qadağan olunmuş hissədə ayaqlarını yumaq istəyən zaman müvazinətini itirib və suya düşərək axına qapılıb.

Boğulmaq təhlükəsi ilə üzləşən gənci çayda kater sürən şəxs sudan çıxarıb.

Hadisə yerinə gələn polis əməkdaşları gəncin sərxoş olduğunu müəyyən ediblər. Azərbaycan vətəndaşı təhlükəsizlik qaydalarını pozduğuna görə 250 avro məbləğində cərimə edilib.

23 yaşlı Azərbaycan vətəndaşı Bonn şəhərindəki qaçqın yataqxanasının sakini olub.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Ağstafa sakini küçədə yıxılaraq ölüb

SONRAKI XƏBƏR

Pələng hər kəsin gözü qabağında baxıcısını parçaladı