Qadın yüksək səslə musiqiyə qulaq asan doqquz yaşlı uşağı öldürüb

Qadın yüksək səslə musiqiyə qulaq asan doqquz yaşlı uşağı öldürüb

Hazırda azyaşlını qətlə yetirməkdə şübhəli bilinən rusiyalı qadın həbs edilib. Məhkəmə onu 10 illik azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

 Rus qadın yüksək səsli musiqi səbəbindən doqquz yaşlı uşağı öldürüb. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnodar diyar İdarəsinin saytında məlumat verilib.

İstintaq müəlliflərinin sözlərinə görə, 10 may 2019-cu il tarixdə 9 yaşlı uşaq 28 yaşlı rus qadının oğlanın dayısı ilə birgə yaşadığı Baqovskaya qəsəbəsi, Boqatır küçəsindəki evinə gəlib. Evdə olarkən məktəbli oğlan yüksək səslə musiqi dinləyib. Qadın qorxub ki, bu səsə onun yatmaqda olan azyaşlı uşağı oyanacaq.

Kuban sakini olan qadın uşaqla mübahisə edib və onu boğub. Sonra qadın cinayətin izlərini itirib.

Hazırda azyaşlını qətlə yetirməkdə şübhəli bilinən rusiyalı qadın həbs edilib. Məhkəmə onu 10 illik azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Oğlan uzun müddət itkin sayılıb. Yüzlərlə insan - könüllülər və hüquq-mühafizə orqanları onun axtarışları ilə məşğul olub.

Rusiyada bu, yüksək səslə musiqiyə qulaq asması səbəbindən adamın öldürüldüyü yeganə hadisə deyil. Belə ki, 2019-cu ilin dekabrında Krasnodar vilayətinin sakini qonşunu və onun oğlunu eyni səbəbdən güllələmişdi. 2018-ci ildə rusiyalı Kirov Tibb Akademiyasının tələbəsi qonşusunu musiqinin səsini almaqdan imtina etdiyi üçün öldürmüşdü.

Mənbə: sputnik.az