Bakıda klinikanın 21 həkimi yoluxdu: xəstəyə baxan yoxdur

Bakıda klinikanın 21 həkimi yoluxdu: xəstəyə baxan yoxdur

ATU Tədris Cərrahiyyə klinikasının Reanimasiya şöbəsinin 21 əməkdaşı koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bunu şöbənin əməkdaşı Etibar Abbasov qeyd edib.

O bildirib ki, Reanimasiya şöbəsində artıq xəstələrə baxan tibb işçisi yoxdur:

“Mən də daxil olmaqla, şöbənin 21 personalı COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Biz “tükənmişik” deyəndə, siz zarafat sanırdınız. Artıq reanimasyon xəstələrə baxan bir personal yoxdur”.

Mənbə: axar.az