Əfqanıstanda partlayış törədilib, 3 nəfər ölüb, 5 polis yaralanıb

Əfqanıstanda partlayış törədilib, 3 nəfər ölüb, 5 polis yaralanıb

Əfqanıstanda terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Ordu.az xəbər verir ki, bunu Nanqahar əyaləti başçısının nümayəndəsi Attaullah Xoqiani bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı ölüb, 5 polis yaralanıb.

Hələlik partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.

Ordu.az

 

Mənbə: ordu.az