24 yaşlı qadını daşqalaq edərək öldürdülər-DƏHŞƏT

24 yaşlı qadını daşqalaq edərək öldürdülər-DƏHŞƏT

Pakistanının bir kəndindən olan Vəzira adlı 24 yaşlı qadın daşqalaq edilərək öldürülüb.

Sonxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, gənc pakistanlı qadın daşqalaq ediləndən sonra onun cansız bədəni polis tərəfindən magistral yolun kənarında tapılıb. Aparılan araşdırma nəticəsində polis meyitin Vadda Çaçar kəndindən olan Vaziraya aid olduğunu müəyyən edib.

Polis tərəfindən adət-ənənə cinayəti kimi qeydə alınan hadisədə Vəziranın daş və dəyənəklə vurularaq öldürüldüyü məlum oldu.

Pakistan polisinin verdiyi məlumata görə, Vəziranın atası Gurl Məhəmməd qızının ölümünün qəza olduğunu söyləsə də, daha sonra Vəziranın ərinin Bakş və qardaşı Kareem tərəfindən öldürüldüyünü təsdiqləyib.

Qızının məzarına göz yaşı tökən ata ədalət istədiyini deyib.

Vəziranı öldürən hər iki şəxsin həbs olunub. Ancaq polis istintaqı hələ də davam edir.

Mənbə: sonxeber.az