Yevlaxda yük maşını qadını vuraraq öldürdü

Yevlaxda yük maşını qadını vuraraq öldürdü

Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Axin.az"in məlumatına görə, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb.
Yük maşını yolu qarşı tərəfə keçmək istəyən qadını vurub. Nəticədə 30-35 yaşlı qadın (şəxsiyyəti dəqiqləşdirilir) aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Mənbə: axin.az