ABŞ-ın bir şəhərində kütləvi iğtişaşlara görə fövqəladə hal elan edildi

ABŞ-ın Corciya ştatının qubernatoru Brayan Kemp bildirib ki, kütləvi iğtişaşların səngiməsi üçün Atlantada fövqəladə hal elan edir. Onun əmri ilə Milli Qvardiyanın minə qədər hərbçisi şəhərə daxil olub.

Bizimyol.info xəbər verir ki, artıq bir neçə həftədir Atlantada küçələrdə zorakılıq, özbaşınalıq davam edir. Bazar günü baş verən silahlı insident zamanı 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

Atlantada iğtişaşların başlanmasına afroamerikalı Reyşard Bruksun iyun ayında polis tərəfindən öldürülməsi səbəb olub. Sərxoş olan Bruks polisin “dayan” əmrinə tabe olmayaraq, müqavimət göstərib və ölümcül silah yarası alıb. Hadisə nəticəsində polis əməkdaşı məsuliyyətə cəlb olunsa da, bu may ayında afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümündən sonra ikinci qığılcıma səbəb olub.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

İradə Əlili “Sevilənlər sevənlər”in qonağı olub

SONRAKI XƏBƏR

Azərbaycana daha çox hansı ölkələrdən sifarişlər daxil olur?