Sərnişinin maska taxmasını tələb edən marşrut avtobusunun sürücüsü amansızcasına döyüldü - VİDEO

Türkiyənin Mersin şəhərində marşrut avtobusunun sürücüsü sərnişin tərəfindən döyülüb.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, sürücü tibbi maska taxmayan sərnişini ictimai nəqliyyata buraxmaqdan imtina edib.

Nəticədə, iki şəxs arasında insident yaşanıb və sürücü qanunu pozan gənc tərəfindən döyülüb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları sərnişini saxlayıblar. Sürücü isə tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılıb.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Nehrəmdə avtobus aşıb, ölən var

SONRAKI XƏBƏR

Bloomberg: Dünya ən böyük iqtisadi böhranı yaşayır