Nehrəmdə avtobus aşıb, ölən var

 

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 6-da saat 7 radələrində Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində qəsəbə sakini C.Vahabov idarə etdiyi “İsuzu” markalı avtobusu qaz borusuna və rabitə dirəyinə vurub aşırıb.

Nəticədə C.Vahabovun sərnişini Yusif Zeynalov hadisə yerində ölüb.

Babək Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Pandemiya dövründə istehlakçıların məsuliyyəti

SONRAKI XƏBƏR

Sərnişinin maska taxmasını tələb edən marşrut avtobusunun sürücüsü amansızcasına döyüldü - VİDEO