Sabirabadda ağır qəza: 2 ölü, 2 yaralı var

Sabirabadda ağır qəza:    2 ölü, 2 yaralı var

İyulun 6-da saat 23 radələrində Sabirabad rayonunun Qalağayın kəndi ərazisində şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi “Toyota” və İmişli rayon sakini R.Xudiyevin idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə N.Məmmədova və sərnişini Azər Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Mənbə: azvision.az