Monqolustanda daşqınlar nəticəsində 8 nəfər ölüb

Monqolustanda daşqınlar nəticəsində 8 nəfər ölüb

Bakı. Trend:

Monqolustanın bir neçə əyalətində baş vermiş daşqınlar nəticəsində azı 8 nəfər həlak olub.

Trend-in məlumatına görə, daşqınlar həftəsonu qeyd alınıb.

Təbii fəlakət nəticəsində 3 əyalətdə 2,3 mindən çox ev su altında qalıb. Çoxlu sayda sakin yaşayış yerlərindən təxliyə edilib.

 

Bundan başqa, 7 mindən çox mal-qara tələf olub.

Mənbə: az.trend.az