Sabirabadda avtomobil 2 qadını vuraraq öldürüb

Sabirabadda avtomobil 2 qadını vuraraq öldürüb

 

Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobil 2 piyada qadını vurub.

Hər iki qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az