Tehranda növbəti partlayış: ölənlər var

Tehranda növbəti partlayış: ölənlər var

İranın paytaxtı Tehranın Bagirşəhr rayonunda oksigen çəni partlayıb.

Axar.az xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Partlayış fabrikdə oksigen çənini doldurarkən meydana gəlib.

Qeyd edək ki, İranda 1 iyulda klinikalardan birində baş verən partlayışda 20 nəfər ölmüşdü.

Həmçinin 2 iyulda nüvə zavodunda yanğın, daha sonra isə Zənganda elektrik stansiyasında partlayış baş vermişdi.

Mənbə: axar.az