Sərnişindən maska taxmasını tələb edən avtobus sürücüsü amansızcasına döyüldü - VİDEO

Sərnişindən maska taxmasını tələb edən avtobus sürücüsü amansızcasına döyüldü - VİDEO

Türkiyənin Mersin əyalətində marşrut avtobusunun sürücüsü sərnişin tərəfindən döyülüb.

Milli.Az Sondakika-ya istinadən xəbər verir ki, sürücü tibbi maska taxmayan sərnişini marşruta minməyə icazə verməyib. Nəticədə, aralarında mübahisə başlayıb və sürücü tibbi maskasız marşruta minməyə cəhd edən gənc tərəfindən döyülüb.

Sərnişin polislər tərəfindən saxlanılıb.

Mənbə: news.milli.az