Xəstələnən qohumunu ziyarətə gedən 4 nəfər koronavirusa yoluxdu

Xəstələnən qohumunu ziyarətə gedən 4 nəfər koronavirusa yoluxdu

Türkiyədə xəstələnən N.B. adlı vətəndaşdan götürülən test nəticəsi pozitiv çıxınca onu ziyarətə gedən 4 qohumu da koronavirusa yoluxub.

Milli.Az İHA-ya istinadən xəbər verir ki, hadisə Kocaeli rayonunun Kandıra qəsəbəsində baş verib. Testi pozitiv çıxan N.B.-nin həyat yoldaşı F.B. və eyni məhəllədə yaşayan qızı S.S.-nın da test nətiəsi pozitiv çıxıb. Sonra koronavirus test nəticələri pozitiv çıxan şəxslərlə təmasda olan vətəndaşlar da müəyyən edilərək onlardan da test götürülüb.

N.B.-yə və qızı Səhər S.-ya "Yastığınız yüngül olsun" demək üçün ziyarət edən 3 nəfərdən götürülən test nəticələri də pozitiv çıxıb. Yoluxanlar yaxınlıqdakı xəstəxanalara köçürülüblər.

Mənbə: news.milli.az