Məşhur bloqer “Mediclub” klinikasını tənqid etdi — 815 manata peyvənd olar?- VİDEO

Məşhur bloqer “Mediclub” klinikasını tənqid etdi  — 815 manata peyvənd olar?- VİDEO

Məşhur bloqer Nagihan Abdullayeva “Mediclub” klinikasını tənqid edib.

“Ölkə.Az” xəbər verir ki, azərbaycanlı model Fərid Abdullayevin həyat yoldaşı, türk vətəndaşı Nagihan klinikada uşaq peyvəndinin 815 manata olduğunu iddia edib. O, bu barədə “İnstagram” səhifəsində məlumat verib.

“Mən “Mediclub” kimi xəstəxana görməmişəm. Adicə uşaq üçün peyvəndi mənə 815 manata dedilər. Heç kəs bu qiymətə uşağına peyvənd etdirə bilməz. Mən belə hadisə ilə heç vaxt qarşılaşmamışam”,- deyə o, qeyd edib.

Xatırladaq ki, Nagehan və Fərid Türkiyə televiziyasında yayımlanan “Zuhal Topalla izdivac” proqramında tanış olaraq evləniblər. Cütlüyün bir övladı var. Hazırda onlar Azərbaycanda yaşayırlar.

Mənbə: olke.az