Yaxtada qızlarla əylənən kişilər tutuldu - 38 min manat CƏRİMƏ EDİLDİLƏR - FOTO

Yaxtada qızlarla əylənən kişilər tutuldu - 38 min manat CƏRİMƏ EDİLDİLƏR - FOTO

İstanbul boğazında dayanmış halda olan bir yaxtaya basqın edən polislər, xəbərdarlıqlara baxmayaraq içərisində parti təşkil edən onlarla qadın və kişi ilə qarşılaşıblar.

Milli.Az İHA-ya istinadən xəbər verir ki, həmin şəxslərə toplam olaraq 154 min 350 TL (Təxminən 38 min manat) pul cəzası verilib.

Asayişin Mühafizəsi İdarəsinə son günlərdə bəzi icarə yaxtalarında sosial məsafə qaydalarına riayət etmədən parti təşkil edənlərlə bağlı artıq neçənci belə xəbərdarlıq daxil olub. Belə məlumatlardan birinə əsasən, polis dünən axşam saatlarında əməliyyat keçirib.

Polis yaxtaya basqın zamanı 49 nəfərlik parti iştirakçıları ilə qarşılaşıb. Əylənənlər pul cəzası ilə yaxa qurtarsalar da, yaxta sahibi Muzaffer C. və işçisi Tevfik T.T. polis idarəsinə aparılıblar.

Mənbə: news.milli.az