Leysan yağış 2 gün də davam edəcək

Leysan yağış 2 gün də davam edəcək

Yaponiyada mövsümi yağışların hələ 2 gün davam edəcəyi proqnozlaşdırılır. Xüsusilə, sabaha leysan yağış gözlənilir.

Bu barədə Yaponiya nazirlər kabinetinin baş katibi Yosihide Suqa açıqlama verib.

“Torpağı yumuşalmış yerlərdə fəlakət az miqdarda yağışın yağması ilə də baş verə bilər” – deyə Suqa əhaliyə sürüşmə təhlükəsi olan bölgələrdə ehtiyatlı olmağı tövsiyə edib.

Qeyd edək ki, Yaponiyada son bir neçə gündür ki, davam edən yağışların səbəb olduğu sel, daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb. 14 nəfər itkin hesab olunur.

Daşqınlar nəticəsində bir neçə şəhərdə yüzlərlə evi, iş yerlərini, yolları su basıb.

REAL

 

Mənbə: www.realtv.az