Yaponiyada təbii fəlakətdən ən azı 50 nəfər ölüb

Yaponiyada təbii fəlakətdən ən azı 50 nəfər ölüb

Üç gündür davam edən leysan yağışları, sel və palçıq sürüşməsindən sonra Yaponiyanın Kyuşu adasında ən azı 50 nəfər ölüb.

Xəsarət alanlar arasında fəlakətdən ən pis zərər görmüş Kumamoto bölgəsindəki qocalar evinin 14 sakini də var. Qocalar evi yaxınlıqdakı Kuma çayının sahillərini aşan sular altında qalıb, nəticədə əlil arabasına möhtac sakinlər ilişib qalaraq daha yüksək yerlərə qalxa bilməyiblər.

Ən azı on nəfər itkin düşüb.

Fəlakət körpüləri və yolları yuyub, təcili yardım işçiləri evlərində qalan sakinləri xilas etmək məqsədilə su altında qalan küçələrə gəlmək üçün hava qayıqlarından istifadə etməli olublar. Bəzi sakinlər isə helikopterlə su altında qalmış evlərinin damlarından xilas edilib.

Nazirlər Kabinetinin katibi Yoşihide Suqa bazar günü jurnalistlərə bildirib ki, 40 000 mindən çox Özünümüdafiə Qüvvələrinin üzvü yerli təcili yardım müdaxilələri ilə birlikdə Kyuşudakı axtarış-xilasetmə missiyalarında iştirak edir.

Bir milyondan çox insana Kyuşu bölgəsini boşaltmaq əmri verilib.

Mənbə: www.amerikaninsesi.org